BaşlıcaEkonomika

Beynəlxalq Valyuta Fondu ER Hökumətinin iqtisadi siyasətini yüksək qiymətləndirdi

Beynəlxalq Valyuta Fondu növbəti dəfə Ermənistan Hökumətinin apardığı iqtisadi siyasətini yüksək qiymətləndirdi. Bu barədə ER Baş naziri Nikol Paşinyan facebook səhifəsində yazıb.

“Ciddi investorlar ilk növbədə bü cür qiymətləndirmələrə baxır. Buna görə də, oxşar bəyanatlar Ermənistanın investisiya cəlbediciliyini artırmaq baxımından çox vacib”- deyəbaş nazir yazıb.

Nikol Paşinyanın paylaşımı Beynəlxalq Valyuta Fondunun İdarə Heyətinin dekabrın 20-də “Stand-by” kredit razılaşma çərçivəsində Ermənistan haqqında ilk yekun aiddir. Təxminən 248.2 milyon dollar dəyərində olan 3 aylıq proqram Ermənistanın Beynəlxalq Valyuta Fondunun 139.7 faizinə bərabərdir.

ER Mərkəz bankının bildirdiyinə görə, Beynəlxalq Valyuta Fondunun sədr müavini və preziden vəzifəsini icra edən Mitsuhiro Furusava bəyanatında qeyd etdi ki, Ermənistanın iqtisadi göstəriciləri “sağlam artım, aşağı inflyasiya, sabit maliyyə sistemi və inkişaf edən xarici və vergi buferlərlə” güclüdür.

“Dövlət borcü azalmağa davam etməkdədir və gözlənilir ki, Ermənistan gözləniləndən bir neçə il əvvəl ortamüddətli borc hədəfinə çatacaq”- deyə o qeyd etdi.

Beynəlxalq Valyuta Fondunun sədrinin fikrincə, ER Hakimiyyətinin islahatlar gündəliyinin həyata keçirilməsi davamlı artıma kömək edəcək.

Daha çox göstər
Back to top button