BaşlıcaEkonomika

İqtisadi aktivlik göstəricisi yanvar-noyabr aylarında 7.5% ilə artıb

ER Statistika komitəsinin dərc etdiyi məlumatlara əsasən, 2019-cu illin yanvar-noyabr aylarında  keçən ilin eyni dövrü ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 7.5% ilə artıb.

2018-ci ilin noyabr ayı ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 10.1%, noyabrın iqtisadi aktivlik göstəricisi oktyabr ayıyla müqayisədə 8.5% ilə artıb.

Rəsmi statistikaya əsasən,  yanvar-noyabr aylarında  sənaye istehsalı həcmi 9.3%, inşaat sahəsi 4.5%, ticarət dövriyyəsi həcmi bu ilin 11 aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 9.2% ilə, ticarət olmadan xidmətlərin həcmi 14.8% ilə artıb.

Xarici ticarət dövriyyəsinə gəlincə, yanvar-noyabr aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 7.4%, ixracat 9%, idxal 6.6% ilə artmışdır.

Statistika komitəsinin açıqladığı məlumatlara görə, yanvar-noyabr aylarında orta aylıq nominal aylıq əmək haqqı 5,9%, illik bazada isə 6,3% ilə artıb.

Daha çox göstər
Back to top button