BaşlıcaBeynəlxalq

Azərbaycanda parlament və digər dövlət qurumları İlham Əliyevin oyunacağına çevrilib: İran mediası

Azərbaycanın daxili siyasi prosesləri və hakim elitasında baş verən dəyişiklikləri son zamanlarda İran mediası və İran ekspert dairələrinin diqqət mərkəzindədir.

İranın “Anaj” xəbər agentliyi, müxalifət mətbuatının fəaliyyətinin məhdudlaşdırılmasına, jurnalistlərin təqibinə, prezident səlahiyyətlərinin artırılması üçün Azərbaycan konstitusiyasına edilən dəyişikliklərə toxunan “Prezident üçün sultanlıq quruluşu” adlı məqalə dərc edib. Bu barədə Region Monitor məlumat verir.

İranlı bir mənbəyə görə, Azərbaycanda siyasi məhbuslara və din xadimlərinə qarşı cinayət işlərinin sayı artır.

Son aylarda Azərbaycanın dövlət idarəetmə sistemindəki dəyişikliklərə toxunaraq, məqalə müəllifi qeyd etdi ki, bu ölkədə parlament və digər dövlət strukturları prosedur səlahiyyətlərini alaraq İlham Əliyevin oyunacağına çevrilib.

Daha çox göstər
Back to top button