
Ermənistan Respublikasının Sİlahlı Qüvvələri son aylar ərzində dayaq nöqtələri genişləndirilməsi, yol şəbəkələrinin genişlənməsi və inkişafı istiqamətində böyük işlər həyata keçirib. Bu barədə jurnalistlərə müsahibəsində ER SQ baş qərargah rəsisi, general-leytenant Artak Davtyan bildirib.
“Ayrı yerlərdə hərəkətlər nəticəsində dayaq nöqtələrinin optimallaşdırılması olub ki, bunun sayəsində bəzi dayaq nöqtələrinin xidməti bir yerdən həyata keçirilir”- deyə Davtyan bildirib.
O bildirib ki, Naxçıvan istiqamətində ER Silahlı Qüvvələri silah, hərbi texnikanın sayını artırdı.
“Bu, deməyə imkan verir ki, bu istiqamətdə hərbi dayaq nöqtələrinin sistemində pisşləşmə olmayıb, taktiki xarakter daşıyan müəyyən inkişaflar var”,- deyə o bildirib.
O bildirib ki, Azərbaycan Türkiyə ilə Naxçıvanda ümumqoşun ordusunun gücləndirilməsinə yönəlmiş böyük səylərinə baxmayaraq, erməni tərəfi rəqibin Naxçıvan istiqamətində hərbi üstünlüyünə sahib olmaması üçün müvafiq tədbirlər görür.