
ER Müdafiə nazirliyi İdarəedici kompleksində Silahlı qüvvələrin İnkişaf Planının, Silah və Hərbi texnikanın inkişafı dövlət proqramının icrası, görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Bu haqda Ermənistan Respublikası Müdafiə nazirliyiindən məlumat verilib.
İclas ərzində ER Silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan əsas məruzə ilə çıxış edib.
Son bir ildə görülən işləri və qazanılan uğurları təqdim edən general-leytenant Artak Davtyan, hesabat dövründə silahlı qüvvələrin ən yeni silah-sursat və hərbi texnika ilə təchiz olunduğunu faktlaşdırıb.Ordunun döyüş hazırlığının artırılmasına və şəxsi heyətin döyüş hazırlığının keyfiyyətinin yüksəldilməsinə yönəlmiş bütün tədbirlər davam etdirilib.
Ön xətdə döyüş xidmətinin səmərəli təşkili üçün hərbi bazaların yenilənməsi, video müşahidə sistemlərinin quraşdırılması, mühəndis və briqada strukturlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib.Kollegiya iclasını təhlil edən ER Müdafiə naziri Davit Tonoyan bir sıra görüləcək işlər və qarşıdakı fəaliyyətlərlə bağlı tapşırıqlarını verdi.