İctimaiyyət

Keçmiş “Sovetski”nin sakinləri aksiya keçiriblər

Bakının «Sovetski» adlanan ərazisində evləri sökülmüş bir qrup şəxs dekabrın 25-də Heydər Əliyev adına İdman-Konsert Kompleksin binası önünə toplaşıb. 

Onlar bildiriblər ki, evləri 2014-15-ci illərdə sökülüb və həmin vaxt kompensasiya ölçüsü 1 kv. m. üçün 1500 manat təşkil edirdi. Amma sonradan köçürülənlərə daha çox vəsait ödəyiblər.

Etirazçılar onlara da əlavə vəsait ayrılmasını tələb ediblər.

Amma Yasamal rayon İcra Hakimiyyətindən bildiriblər ki, əlavə vəsait yalnız 2018-2019-cu illərdə köçürülənlərə aiddir.

Daha çox göstər
Back to top button