İctimaiyyət
Oğuzda seçkilərin nəticələrinə etiraz aksiyası keçirilib

Azərbaycanın Oğuz rayonunun Böyük Söyüdlü kəndinin 100-ə yaxın sakini dekabrın 25-də yerli bələdiyyə binası qarşısında etiraz aksiyası keçirərək, 23 dekabr bələdiyyə seçkilərinin elan edilmiş nəticələrindən narazılıqlarını bildiriblər. Məluymatı Turan agentliyi yayıb.
Sakinlər bələdiyyə şurasının rəhbəri vəzifəsinə yenidən Mürvət Kərimovun seçilməsinə etiraz edirlər.
Kənd sakinləri bildirirlər ki, Kərimova səs verməyiblər və onun yenidən seçilməsinə təəccübləniblər. Onların sözlərinə görə, o, saxtalaşdırma yolu ilə seçilib, seçkilər günü rayon mərkəzindən kəndə gələn insanlar isə razılaşmayanları həbslə hədələyiblər.
Etirazçılar MSK-nın qaynar xəttinə şikayət etdiklərini, amma nəticə almadıqlarını bildiriblər.