İctimaiyyət
İpoteka kreditlərinin dövlət yardım proqramı çərçivəsində 400-ə yaxın ailə mənzillərini yaxşılaşdırdı
2019-cu il ərzində İpoteka kreditlərinin dövlət yardım proqramı çərçivəsində Artsaxda 400-ə yaxın ailə mənzil şəraitini yaxşılaşdırdı, onlardan 230-u yeni mənzil əldə etdi. Artsakhpress yazır ki, bunu ilin yekunlarına həsr edilmiş mətbuat konfransında Artsax Respublikası Dövlət naziri Qrigori Martirosyan bildirib.
Onun sözlərinə görə, 2019-cu ildə verilmiş ipoteka kreditlərin orta faiz dərəcəsi 14.2% təşkil edib. Mənzil şəraitinin yaxşılaşdırılması üçün Artsax rayonlarında 387 ailəyə dövlət maliyyə dəstəyi verilmişdir. Onlardan 46-sına ev almaq üçün, 72-sinə tikinti üçün, 269-una isə təmir üçün verilmişdir.