
Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bölgədəki inkişafları müzakirə etmək üçün məsləhətləşmə keçirib. Bu barədə ER baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində məlumat yayıb.
“Bir az öncə dəvət etdiyim məsləhətləşmə başa çatdı. Bölgədə baş verən inkişaflar və hələ cümə günü ilə bağlı verdiyim göstərişlərin icrası prosesini müzakirə etdik.
Bölgədə vəziyyətin inkişafları narahatedicidir. Bizim mövqeyimiz eyni qalır: Ermənistan İrana qarşı hərəkətlərə cəlb etməyəcək, Ermənistan Amerikaya qarşı hərəkətlərə cəlb etməyəcək və bizim üçün dost İranı və ABŞ-ı vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün dərhal danışıqlara başlamağa çağırırıq”- deyə Paşinyan yazıb.