Siyasət

Əli Kərimli: “9 fevral seçkilərinin beynəlxalq legitimliyi artıq şübhə altına alındı”

AXCP sədri Əli Kərimli Avropa Parlamentinin Azərbaycanda 9 fevral seçkisini müşahidədən etməmək qərarına münasibət bildirib. Ə.Kərimli feysbuk səhifəsində yazıb:

“Avropa Parlamentinin müşahidədən imtina etməsi 9 fevral seçkisilə bağlı indiyə qədər baş vermiş ən ciddi hadisədir. Avropa Parlamenti təkcə seçkiləri müşahidədən imtina etməyib, həm də hər bir üzvünə Azərbaycandakı seçkilər barədə Avropa Parlamenti adından açıqlama verməyi qadağan edib.

Etiraf etmək lazımdır ki, ciddi qərardır və bu qərar 9 fevral seçkilərinin beynəlxalq legitimliyini artıq indidən sarsıtdı. Avropa Parlamenti özü qərarını izah etməyib. Ancaq biz özümüz son illərdə baş verənləri yada salıb müəyyənləşdirə bilərik ki, hansı faktorlar bu qərarın qəbuluna səbəb olub”.

AXCP sədri Avropa Parlamentinin qərarını düzgün hesab etdiyini qeyd edərək əlavə edib ki, bu qərar 9 fevral parlament seçkilərinin beynəlxalq legitimliyini artıq indidən ciddi şəkildə şübhə altına aldı.

Daha çox göstər
Back to top button