BaşlıcaMədəniyyət
“New York Times” qəzeti “Jingəlli çörək” barədə məqalə yayıb
“New York Times” qəzeti Qarabağ mətbəxinin vizit kartı olan Jingəlli çörəyin bundan sonra ABŞ-da da hazırlanıb satılacağını yazıb.
Müəllif yazır ki, 2019-cu ildə açılmış obyektdə hər gün 100-ə qədər “göyərti ilə çörək” bişirilir. Məqalədə həmçinin qeyd olunur ki, bu yeməyin mənşəyi Dağlıq Qarabağdır.
“Çörək təxminən 10-20 müxtəlif növ göyərti və yabanı bitki ilə doludur. Onların əksəriyyəti yalnız Dağlıq Qarabağda var və Los-Ancelesdə tapılmır”,-deyə məqalə müəllifi qeyd edir.