
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsi Albaniyanın ATƏT-ə sədrliyinin gündəliyində mühüm yer tutacaqdır. Bu haqda ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici işlər naziri Edi Rama, sədrliyin önəmliklərini ATƏT Daimi Şurasına təqdim edərək bəyan edib.“Öhdəliklərimizi Birlikdə həyata keçirməklə”şüarı altında etdiyi çıxışında Edi Rama, 57 iştirakçı dövlətin paylaşdığı məsuliyyəti və ortaq siyasi görüşlərin baxışlarını vurğulayaraq, dialoqun dərinləşməsinin vacibliyini bildirdi.“ Münaqişələrin nizamlanması öhdəlikləri, necə ki, məsələn Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun həmsədrlik səyləridir, Cenevrə beynəlxalq müzakirələri və əlaqəli mexanizmləridir, Dnestryanı tənzimləmə prosesidir, sədrliyin gündəliyində mühüm yer tutacaqdır”- deyərək Rama qeyd edib.