Erməni səhifələrini idarə edən azərbaycanlılar “Paşinyana qarşı çıxmağa” çağırır: Tigran Abrahamyan

Artsax Prezidentinin məsləhətçisi Tigran Abrahamyan öz feysbuk səhifəsində yazı dərc edib. Yazıda qeyd edilir ki, azərbaycanlı xakerlər ermənilərin bir çox feysbuk səhifələrini hücum edərək, saxta səhifələrdən daxili düşmənciliyə səbəb olan yazılar dərc edib.
“Artıq bir neçə aydır ki, Ermənistanda fəaliyyət göstərən qruplarda, sındırılmış profilllərdən saxta məlumatlar yayılır.
Azərbaycanlılar tərəfindən idarə olunan müxtəlif profillər Ermənistanın və Artsaxın daxili vəziyyəti, “Ermənistanlı və Artsaxlı” saxta gündəmi barədə daxili düşmənçiliyin yaranmasına və ya dərinləşməsinə yönəlmiş yazılar dərc edir”- deyə Abrahamyan öz Facebook səhifəsində yazıb.
Xüsusilə, onun sözlərincə, feysbukda sındırılmış səhifələr erməni qruplarında baş nazir Nikol Paşinyana qarşı küçəyə çıxmaq və mitinqlər etməyə çağırır. Qrup rəhbərlərinin bu cür yazları silmək barədə istəklərinə cavab vermirlər.

