
Krım Parlamentinin Turizm, istirahət və idman məsələləri komtiəsinin sədri Aleksey Çernyak bildirib ki, Yerevan-Simferopol aviareyslərinin bu ilin mart ayından başlanması gözlənilir. O, həmçinin deyib ki, “İkar” aviaşirkəti üçüşlar üçün “Rosaviasiya”-dan artıq bununla bağlı müvafiq icazə və razılıq alıb .
“Hazırda məsələ hazırlıq və təsdiqləmə mərhələsindədir”,- deyə Aleksey Çernyak qeyd etdi.
Bununla bağlı Ermənistan Mülki Aviasiya Komitəsi xəbər verib ki, avişirkəti ilə belə müzakirələr aparılmayıb və heç bir ərizə verilməyib.