İctimaiyyət
Azərbaycan ordusu daha bir əsgərini itirib
Azərbaycanın İsmayıllı rayonundan həqiqi hərbi xidmətə çağırılan 20 yaşlı Teymur Allahi oğlu Allahyarov oktyabrın 9-da, axşam saatlarında həyatını itirib.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən gənc infeksiya yoluxması və yüksək bədən temperaturu ilə hospitala yerləşdirilib, edilən tibbi yardımlara baxmayaraq vəfat edib. O, yanvarın 10-da doğulduğu Lahıc qəsəbəsinin Ərəkit kəndində torpağa tapşırılıb.
Məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsindən təsdiqləyiblər.
Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı hər hansı açıqlama vermir.