BaşlıcaSiyasət

Erməniləri yox etmə yeni cəhdlərinə imkan verməyəcəyik: Nikol Paşinyan

Ermənistan Respublikası Baş naziri Nikol Paşinyan Bakıda erməni qırğınlarının 30 illiyi münasibətilə mesaj göndərib:

“Hörmətli həmvətənlər,

Bu gün biz Azərbaycan paytaxtı Bakıda törədilmiş erməni qırğınları, etnik təmizlənmələri və kütləvi sürgünlərin qurbanlarının xatirəsini yad edirik. 30 il əvvəl beynəlxalq ictimaiyyət Bakıda erməni əhalisinin qətliamının şahidi olub bunu qınanmışdır.

Sumqayıt faciəsindən sonra artan repressiyalar və etnik təmizləmələr siyasəti nəticəsində 1990-cı ildə Bakıdakı 250 minlik erməni icmasından yalnız 35-40 min yaşlı və köməksiz insanlar qalmışdı. Onların sonrakı taleyi daha faciəli olub. Yüzlərlə öldürülmüş, şikəst və itkin düşmüşlər, on minlərlə qaçqınlar – Bakıda təxminən bir həftə sürən erməni qırğınlarının nəticələri məhz belə idi.

Bakı erməniləri Azərbaycan, Azərbaycan hakimiyyəti və siyasi qüvvələri üçün heç bir təhdid deyildilər. Onlar yalnız özlərinin və atalarının doğma yerlərində yaşamağa davam etmək istəyirdilər. Ancaq Azərbaycan onları yalnız etnik mənşəyinə görə təhlükə kimi görürdü.

Ermənilər əsrlər boyu Bakıda yaşayıb bu şəhərə həqiqətən multikultural bir üz vermişdilər. 19-cu əsrdə onların şəhərdə neft sənayesinin qurulmasında və inkişafında böyük töhfəsi olmuşdur. Sovet dövründə də şəhərin inkişafında ermənilərin rolu əvəzolunmazdı.

Hadisələrdən 30 il sonra Azərbaycanda Bakıdakı anti-erməni qırğınların qurbanlarına qarşı nə hörmət, nə də şəfqət var. Ədəbi əsərlərdə Bakıda ermənilərin başına gələn faciəni belə xatırlatmağa cəsarət göstərən az sayda səslər rəsmi olaraq rəzil edilərək xain elan edildi.

Hətta bu gün köməksiz insanları qələ yetirən günahkarlar Azərbaycanda qəhərmanlarşdırılır, onların törətdikləri cinayətlər isə Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə qarşı mübarizənin şanlı səhifəsi həsab olunur.

Təəssüflə qeyd etməliyik ki, keçən 30 il Azərbaycanda yenidən düşünmə, tövbə etmə və barışa nail olma dövrü olmadı.

Bu zaman ərzində Artsax əhalisini məhv etmə cəhdlərinin, qətl üçün məhkum edilmiş Ramil Səfərovun azad buraxılması və qəhərmanlaşdırılmasının, 2016-cı il aprel ayında Artsaxın sərhədyanı qəsəbəsində yaşlı və köməksiz insanların qəddar işgəncələrinin və qətlinin şahidi olmuşuq. Ermənifobiya Azərbaycanın dövlət siyasətinə və inancına çevrilmişdir.

Əziz həmvətənlər,

Bu gün biz bu hadisələri sənədləşdirən, pisləyən və dünyaya göstərən bütün beynəlxalq strukturlara və parlament orqanlarına təşəkkürümüzü bildiririk.

Mən, günahsız qurbanlarımızın xatirəsini yad edərək, bütün məsuliyyətlə bildirirəm ki, erməniləri yox və sürgün etmə yeni cəhdlərinə imkan verməyəcəyik. Ermənistan Respublikası, Artsax Respublikası və bütün Diaspora erməniləri erməni xalqının öz tarixi vətənində, o cümlədən Artsaxda mövcud olma və dinc inkişafı hüququnu təmin etmək üçün bütün potensiallarından istifadə edəcəkdir”.

Daha çox göstər
Back to top button