Bakıda təşkil edilmiş erməni qırğınlarından 30 il keçdi. 1990-cı il yanvar ayının əvvəllərində Sovet Azərbaycanın paytaxtı Bakıda keçirilən mitinqlərdə “Ermənilərə Ölüm”, “Yaşasın Sumqayıt Qəhrəmanları”, “Yaşasın Ermənisiz Bakı” şüarları səsələnirdi və əsrlər boyu bu şəhərdə yaşayan ermənilərə qarşı nifrət təbliğ olunurdu. Müxalif “Azərbaycan Xalq Cəbhəsi” hərəkatının təşkil etdiyi mitinqlərdən sonra azərbaycanlılar əllərində ermənilərə aid evləri işarə edən xəritələrlə qruplarla hücum edib erməni icmasının son nümayəndələrini yaşından və cinsindən asılı olmayaraq öldürürdülər.
O günlərdə SSRİ-nin prezidenti M. Qorbaçovun tapışırıqı ilə Bakıya getmiş SSRİ Ali Şurasının nümayəndəsi, Komunist Partiyasının Mərkəzi Komitəsinin üzvlüyünə namizəd Yevgeni Primakov, SSRİ Daxili İşlər naziri Vadim Bakatin və SSRİ Silahlı Qüvvələrinin 106-cı Hava-Desant diviziyasının komandiri, general-mayor Aleksandr Lebed Bakıda erməni qırğınları zamanı qeyri-insani hərəkətlərə, zorakılığa, qəddarlığa və qətlə şahid olublar.
SSRİ Ali Şurasının 12-ci çağırışının 3-cü sessiyasının qapalı iclaslarında (Azərbaycan və Ermənistan SSR-larında mövcud vəziyyət fevralın 19-dakı iclasda müzakirə edilib) V. Bakatinin çıxışı erməni qırğınlarının təşkil olunduğunu açıq şəkildə göstərir:
“…kütləvi qırğınlar 13-14 yanvarda başalanıb. Bu gözlənilmədən oldu, lakin yaxşı təşkil edilmişdi. Əvvəldən ermənilərin ünvanlarını verilmişdi. Azərbaycanlıların 5000 nəfərlik qrupu şəhərin erməni əhalisini öldürmək və talan etmək üçün onların evlərinə doğru hərəkət etdi. Bu vəziyyətdə, quldurların qadın və uşaqları canlı qalxan kimi istifadə etməsi ilə daxili qüvvələrin hərəkətlərinin hər zaman maneə törədildiyini nəzərə alsaq, tədbir görmək çətin idi”.
SSRİ Ali Şurasının eyni qapalı iclasında Yş Primakovun çıxışı da Bakıda ermənilərə qarşı törədilmiş vəhşiliklərin xarakterini ortaya çıxarır:
“Biz yaranmış vəziyyətdə çox saylı itkilərə səbəb olan anti-erməni vəhşi qırğınların şahidi olduq. Bir neçə gün ərzində on minlərlə erməni öz evindən məhrum edilərək respublikadan sürgün edildi”.
Bakıda erməni qırğınlardan xəbərdar olduğuna baxmayaraq qırğınların aktiv mərhələsində yanvarın 13-dən 19-dək küçələrdə ermənilərin öldürüldüyü və işgəncələrə məruz qaldığı bir zamanda SSRİ rəhbərliyi, Bakıda SSRİ DİN daxili qoşunlarının və bir çox hərbi bölmələrinin olduğuna baxmayaraq, müdaxilə etməyə tələsmirdi.
M. Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanı yalnız Sovet hakimiyyətinin təhlükə altına düşdüyü zamanda 19 yanvarda imzaladı.
1990-cı ildə törədilmiş erməni qırğınları ilk dəfə deyildi və bunlar açıq şəkildə göstərdi ki, cəzasızlıq yeni cinayətlər doğurur. Azərbaycanın paytaxtında ermənilərin ilk kütləvi və təşkil edilmiş qırğınları 115 il əvvəl 1905-ci ildə törədilmişdir. O zaman yüzlərlə erməni həlak olmuşdu, ermənilərə aid evlər və fabrikalar dağıdılmışdı. Qırğınlar 1918-ci il sentyabr-noyabr aylarında davam olunmuşdu. O zaman da 20 mindən çox erməni qətlə yetirilmişdi.
20-ci əsrin əvvəllərində və sonunda törədilmiş qırğınların eyni əl yazması vardır. İnsanları erməni olduqları üçün öldürürlərdi. Rus general-mayor Aleksandr Lebed “За державу обидно” kitabında yazır ki, erməniləri tutub ölümcül zərbələrlə döyürdülər, eyni zamanda ermənilərə bəzəyən yəhudiləri, osetinləri, gürcüləri döyürdülər. Deməli, onları pasporta deyil, üzlərinə baxaraq döyürdülər. Ermənilərə məxsus bütün mənzillər və dükanla talan edilib dağıdıldı”. Eyni şeylər 1918-ci il qırğınlarında baş verirdi. O vaxt türk ordusunun “Şərq” qrupunun qərargah rəisi, alman polkovnik-leytenant paraken 26.09.1918-də general-leytenant Fon Zeektiyə ünvanlanmış hesabatda erməni qırğınlarına öz narahatlığını bildirərək qeyd edir: “Digər şahidlərin yanında bir alman mənə dedi ki, Nuri paşanın adyutantı ilə bir evə giriblər, harda ki 13 öldürülmüş gürcü vardı. Onların gürcü, yəni almanların himayəsində olan şəxslər olduqlarını diqqətə yetirincə, Nurinin adyutantı deyib: “Onları erməni yerinə qoydular”. Heç nə deyişməyib və yanvar qırğınları günlərində insanları erməni olduqları və ya erməniyə bənzədikləri üçün öldürürdülər.
Ermənifobiya və rasizm siyasəti bu ölkədə bir əsr sonra da gündəmdədir və bunun sübutu 2004-cü ildə Macarıstanda NATO kurslarında erməni zabit Qurgen Margaryanı yatmışkən balta ilə öldürmüş Ramil Səfərovun qəhərmanlaşdırılması, 2016-cı il aprel ayında Azərbaycanın başlatdığı təcavüz zamanı Artsaxın Taliş kəndində öldürülmüş və işgəncələrə məruz qalmış yaşlı insanlar, erməni söyadı olan şəxslərə qarşı dövlət səviyyəsində aparılan ayrıseçkilik siyasəti və digər bu kimi addımlardır.
Mənbələr:
- Указ Президиума Верховного Совета СССР от января 1990г. N 1092- “О введении чрезвычайного положения в городе баку”, http://base.garant.ru/6323893/#friends
- А. И. Лебедь, «За державу обидно»
- З. Балаян, «Неизжитая трагедия», «Независимая газета» 13.01.2000
http://www.ng.ru/ideas/2000-01-13/8_tragedy.html