BaşlıcaSiyasət

Beynəlxalq strukturlar tərəfindən 1990-cı il qırğınları məhkum edilib: “Cəzasızlıq yeni cinayətlər doğur”

1988-ci ildən  artıq  1905 və 1918-ci illərdəki qırğınlardan sonra  Sovet Azərbaycanının paytaxtı Bakıda  ermənilərin üçüncü qətlamına başlanıldı.  Və bu da əsrlər boyu orada yaşayan erməni əhalisi üçün sonuncu olacaqdı. İki il ərzində 250.000 nəfərlik  erməni  sakinlərinin  əksəriyyəti Bakıdan və qonşu yaşayış məntəqələrindən didərgin salınmışdır. Şəhərdə 30.000-ə yaxın erməni sakini var idi, onların  çoxusu yaşlı, kimsəsiz, xəstə və ya ehtiyacı olan,  yaxud  getmək istəməyən və ya sadəcə dogma yerlərini  tərk edə bilməyənlər, həmçinin tərk etmək istəməyən və onların qohumları da var idi. Qırğınların son dalğası 1990-cı ildə başladı. Yanvar ayının əvvəllərindən bəri  yanvarın 13-dən 19-a kimi sanki daha da  təkan almağa başladı.. Ermənilər arasında itkilərin dəqiq sayı tam məlum deyil. Mövcud faktlar 500-ə qədər itki barədə danışmağa imkan verir, onların bəziləri yaralar və xəsarətlərlə Bakıdan deportasiya olunduqdan sonra öldü. Bakıdan mühacirət  olunan ermənilər  heç nəsiz, əmlaksız qaldılar, var yoxlarından, evlərindən və mallarından məhrum oldular.

Qırğınlara müvafiq siyasi və hüquqi qiymət verilməmişdir ki, bu da Azərbaycan hakimiyyəti tərəfindən ermənilərə qarşı digər cinayətlərin və ksenofobiyanın dərinləşməsinə səbəb olmuşdur. Azərbaycanda müxalifət Xalq Cəbhəsi Hərəkatının Sovet Azərbaycanının birbaşa dəstəyi və himayəsi ilə törətdiyi qeyri-insani əməllər beynəlxalq cinayət hüququ çərçivəsində ən ağır cinayətlər sırasındadır, bunun çoxsaylı təkzibolunmaz  dəlilləri və faktları, habelə beynəlxalq təşkilatların  məhkumedici qətnamələri buna parlaq sübutdur.

SSRİ Kommunist Partiyası Siyasi Bürosuna namizəd Yevgeni Primakov martın 5-də , SSRİ Ali Şurasının qapalı iclasında elan etdi:“Bu vəziyyətdə baş verən vəhşicəsinə anti-erməni qırğınlarının minlərlə insanın ölümünə səbəb olmasının şahidi olduq. Günlər ərzində on minlərlə ermənilər  öz  evlərindən didərgin düşdü və respublikadan zorla  deportasiya  olundu”.

Keçmiş SSRİ Müdafiə naziri Dmitri Yazov, Azərbaycanın “Lider TV” şirkətinə verdiyi müsahibədə M. Qorbaçov özünü daxili işlər naziri Bakatini  öz yanına  çağıraraq deyib ki, Bakıda vəziyyət olduqca gərgindir.KKB rəisi Kryuçkov həmçinin ona zəng vurmuş  və Bakıda vəziyyətin gərgin olduğunu bildirmişdir. Bakıda fövqəladə vəziyyət elan edilməsini düşünən Primakov və Girenko ilə Bakıda Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Andrey Girenko ilə telefon danışığı keçirdi  azərbaycanlıların  erməniləri  pəncərədən aşağı tulladıqları barədə  məlumat verdi, burada   böyük qan  qoxusu   gəlir”.

https://www.youtube.com/watch?v=e7jEowxpSts&feature=emb_title

Ermənilərin Bakıdakı qırğınlarını ABŞ Konqresmenləri, Avropa Parlamenti və beynəlxalq insan haqları təşkilatları da  məhkum etdi.1990 Yanvarın 18-də bir qrup ABŞ senatoru Qorbaçova ermənilərin Bakıdakı qırğınlarından narahatlıqlarını ifadə edən ortaq məktub göndərdilər.

Bill Frellik, ABŞ Qaçqınlar Komissiyasının direktoru, 2002-ci ilin  fevralında  ABŞ qaçqınların qəbul proqramı ilə əlaqədar hesabatında ABŞ Konqres Komitəsinə fevral ayında təqdim olunmuş proqramında qeyd edib ki, 2000-ci ilin dekabr ayınadək  Azərbaycandan olan qaçqın etnik ermənilər  Moskvada yaşayırdılar.”Onlar 1990-cı ildə Bakıdan  anti-erməni  ixtişaşları nəticəsində   sürülmüşlər…”. B. Şerman öz  bəyanatında  xüsusiylə  qeyd edib ki,  erməni  azlıqlarına qarşı  gərginlik Sumqayıt, Kirovabad və Bakının anti ermənilik vəhşilikləri dalğasıyla  başlanığıc alıb ki, onlar da  390 min erməni sakinlərini zor gücüylə mühacirətinə səbəb olub.

2011-ci, 2013-cü, 2014-cü və 2015-ci illərdə ABŞ-ın bir sıra konqresmenləri, o cümlədən Adam Şif və Deyvid Sisıli Azərbaycan tərəfindən törədilən qırğınlara toxunaraq  Sumqayit, Kirovabad və Bakı qırğınlarını (massacres) qınamağa çağırıb. Senatorlardan  Hari Piters öz bəyanatında  qeyd edib: “Ermənilərin qırğınları  Sumqayitdə dayanmadı, 1990-cı ildə paytaxt Bakıda davam etdi. ABŞ Konqresi bu qırğınlarını qətiyyətlə qınayır”.

Avropa Şurasının üç üzvü müxtəlif formatlarla Azərbaycan tərəfindən  törədilən erməni qırğınlarını qınayıb: 7 iyul 1988-ci il qətanməsində  qeydə alınıb ki, Azərbaycanda  pisləşən siyasivəziyyət  Sumqayitdə və Bakıda  ermənilərə qarşı  şiddətə səbəb olubç bu da  Azərbaycanda yaşayan ermənilərin təhlükəsizliyini təhdid edir.  Diqqətəlayiqdir ki, qətnamədə  Avropa Parlamenti  ermənilərin qırğınlarını hesaba alaraq, “erməni azlığının Ermənistan SSR-ə yenidən qoşulmaq tələbini” dəstəklədiyini bildirib. Avropa Parlamenti həm də  Sovet İttifaqını  SSRİ qanunlarına uyğun olaraq  erməni qırğınları üçün məsuiyyət daşıyanları məsuliyyətə cəlb etməyə və Sovet Azərbaycanda yaşayan 500.000 erməninin təhlükəsizliyini təmin etməyə çağırıb.

1990-ci il yanvarın 18-də qəbul olunmuş qətnamədə qeyd edilir: “… Bakıda başlanmış  ermənilərə qarşı hərəkətləri, dəhşətli şəraitdə həyatını itirən çox sayda qurbanları barədə ilkin məlumatları… erməni kəndlərinə hücumları nəzərə alaraq,  Avropa Komissiyasını və Avropa Şurasını  ermənilərə qarşı qırğınları, xüsusən  Sumqayit, Kirovabad və Bakıda  törədilmiş qırğınları aşkar etməyə, həm də Sovet İttifaqını “müdaxilə üçün qoşun göndərməklə Azərbaycanda yaşayan erməni əhalisinin real qorunmasına zəmanət verməyə” çağırılır.

1991-ci il martın 14-də Avropa Şurasının qəbul edilmiş  üçüncü qətnaməsində qeyd edilir ki, “Azərbaycandan (Bakı və Sumqayit qırğınları (massacres))300 min ermənihəddindən artıq yoxsulluq vəziyyətindədirlər və təcili yardıma ehtiyac duyurlar”.

Yuxarı qeyd edilmiş toxunmalar və məruzələr bir daha  göstərir ki, 1990-cı il yanvarın 13-19-da Bakıda ermənilərə qarşı törədilmiş qırğınlar  bəşəriyyətə qarşı  ağır cinayətlərin, o cümlədən  mükli şəxslərin öldürülməsi, işgəncə, təcavüz, dövlət ayrıseçkilik siyasətiylə bağlı etnik erməni icmasının təqib edilməsi və digər qəsdən ictimai təhlükəli hərəkətlərlə müşayiət olunan deportasiyasının birləşməsidir.

Qeyd olunmuş  cinayətlər, sülh və ya müharibə zamanı törətməkdən asılı olmayaraq, cəzalandırılır və keçmiş müddət tədbiq olunmur, bu da  Nürnberq Beynəlxalq Hərbi Məhkəməsinin avqust 8, 1945-ci il Nizamnaməsiylə (Məqalə 6, hissə 3) müəyyənləşdirilib və  Birləşmiş  Millətlər Təşkilatının Baş Assambleyasının 10 noyabr, 1970-ci il 2391(Məqalə 1, hissə 2) qətnaməsiylə təsdiq olunub.

Bu cinayətlər öz ağırlığı və yüksək ictimai təhlükə səbəbindən həm də Haaqa Beynəlxalq Cinayət Məhkəməsindədir (V. Ayvazyan, İnsan Haqqları, səhifə 480, Yerevan, 2014). Beynəlxalq cəmiyyət gələcəkdə belə  cinayətlərin qarşısınıl alınması üçün Sovet İttifaqında  yaşamış ermənilərin qırğınları barədə müvaffiq siyasi-hüquqi qiymətləndirmə verməlidir. Bu nəinki bu günə qədər həyata keçirildi, eyni zamanda Azərbaycan dövlət səviyyəsində ermənilərə qarşı ayrıseçkilik və ksenofobiya siyasətini davam etdirir,  2004-cü ildə Macarıstanda NATO-nun təşkil etdiyi  dərslər zamanı Ramil Safarov tərəfindən erməni zabit Gurgen Margaryanın balta ilə öldürməsini, 2016-cı ilin aprel ayında  Talış kəndində dinc əhalinin işgəncə və qətlləri, Azərbaycan hakimiyyətinin ermənilərə qarşı nifrət və təcavüzünün ən yüksək səviyyədə ifadələri, güc tətbiq edilməsi bunu əks etdirir.

Daha çox göstər
Back to top button