2019-cu ildə Artsax Respublikasının Xarici işlər nazirliyinin fəaliyyəti Artsaxın müstəqilliynin bəynəlxalqcasına tanınmasına, Azərbaycan-Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanmasına, Artsaxın təhlükəsiz inkişafı üçün xarici əlverişli şəraitin təmin edilməsinə və beynəlxalq aləmdə Artsaxın maraqlarından irəli gələn təşəbbüslərin həyata keçirilməsinə yönəldilmişdir. Bu barədə AR Xarici işlər naziri Masis Mayilyan mətbuat konfransı zamanı deyib.
Onun sözlərincə, 2019-cu ildə Artsax nümayəndəliklərinin Uruqvay, Argentina, Avstraliya, ABŞ, Rusiya Federasiyası, Fransa və Misirə işgüzar səfərləri keçirilib. Bu səfərlər çərçivəsində bu dövlətlərin siyasi, sosial və elmi dairələrinin nümayəndələri ilə görüşlər keçirmişlər. Görüşlərin nəticəsi olaraq əməkdaşlığın inkişafı ilə bağlı bir sıra razılaşmalar əldə edildi.
Masis Mayilyan 2019-cu il oktyabr ayında Stepanakertdə keçirilmiş “Ədalət və Sülh Naminə Əməkdaşlıq” forumu ilin baş siyasi hadisəsi sayır. Proqramda parlamentin dostluq qrupları və dairələrinin, qardaş şəhərlərin, habelə Artsaxın müstəqilliyini tanıyan və ya Artsaxla əməkdaşlıq edən müxtəlif ölkələrin inzibati hissələrinin nümayəndələri, ümumilikdə təxminən 30 ölkədən 150-dən çox nümayəndə iştirak etmişdir.