İctimaiyyət

“Gəncə işi” üzrə həbs olunanların valideynləri etiraz aksiyası keçirib

Yanvarın 15-də “Gəncə işi” üzrə keçənlərin valideynləri Ali Məhkəmənin qarşısında etiraz aksiyası keçiriblər. Onlarla adam yolu bağlayaraq “Azadlıq!” şüarını səsləndirib.

“Uşaqlarımız qanunsuz olaraq həbs ediblər və heç bir məmur bizi qəbul edib dinləmək istəmir”, – aksiya iştirakçılarından biri Turan-ın müxbirinə deyib.

Polis etirazçıları sıxışdıraraq yolu açıb.

Aksiya iştirakçıları bildiriblər ki, səhər Prezident Administrasiyasına gəliblər, lakin orada kobudluqla qarşılaşıblar.

“Bizə dedilər ki, jurnalistlərsiz gəlin, sizi qəbul edərlər, amma bizi aldatdılar. Polis bizi kobud şəkildə saxlayıb avtobusa mindirdi. Bizi Ali Məhkəməyə gpndərdilər, dedilər ki, orada qəbul edəcəklər, amma bir neçə saat gözlədikdən sonra başa düşdük ki, yenidən aldadəblar”, – aksiya iştirakçılarından biri bildirib.

Valideynlər hesab edirlər ki, onların övladlarını qanunsuz həbs ediblər və məhkəmədə sübut edilməyən ittihamlar irəli sürüblər.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb.

Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının qarşısında etiraz aksiyası təyin edilib. Dindarlar arasında kütləvi həbslər baş verib. Həmin hadisələr üzrə 70 nəfərə qarşı cinayət işi qaldırılıb. Müttəhimlər 6 ildən 18 ilədək azadlıqdan məhrum edilib. 10-a yaxın adam şərti olaraq azad edilib.  İki qrupun işi baxılmaq üçün Apellyasiya Məhkəməsindədir. Yanvarda Y.Səfərov və digər 11 nəfərin məhkəməsi başlayıb.

Daha çox göstər
Back to top button