BaşlıcaSiyasət

Nikol Paşinyanın dindirilməsi 2,5 saat davam edib: o, hansi iş üzrə dindirilib?

ER İstintaq Komitəsinin  Xüsusilə vacib işlərinin Baş istintaq idarəsində ER Baş naziri Nikol Paşinyanın dindirilməsi barədə  İstintaq Komitəsi məlumat verib.

“ER İK XVİ Baş  istintaq idarəsində 2018-ci il sentyabrın 11-də və dekabrın 5-də ER Baş naziri Nikol Paşinyan və ER MTX keçmiş direktoru A. Vanetsyan arasında  telefon danışmasının internetdə yayılmış səs yazılarında  adı çəkilən vəzifəli şəxslər tərəfindən  ER Cinayət Məcəlləsinin 309-cu maddəsinin 1-ci hissəsiylə nəzərdə tutulmuş işi ilə əlaqədar başlanmış cinayət işində, səlahiyyətdən sui-istifadəsi barədə istintaq aparılır. Xüsusilə, söz Robert Köçəryanın və Yuri Xaçaturovun həbsi barədə vəsatətləri istintaq edən hakimlərə  ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə barədədir.

Bu cinayət işində, şahid qismində ER Baş naziri Nikol Paşinyan  ER İstintaq Komitəsinin XVİ Baş istintaq idarəsində məhkəmələrə mümkün müdaxilənin şərtlərini müəyyən etmək üçün dindirilib.

ER İstintaq Komitəsinin XVİ Baş istintaq idarəsində  həm də MTX keçmiş direktoru və XİX rəisinin telefon  danışmasını qanunsuz qulaq asmaq və internetdə yaymaq işi ilə bağlı ER Cinayət Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsiylə, 254-ci maddəsinin 3-cü və 4-cü  nöqtələriylə açılmış  işi istintaq edilir, bu işi çərçivəsində ER Baş naziri Nikol Paşinyan qanunsuz qulaq asması və səs yazısı və videonun internetdə yayılması nəticəsində hüquqlarını və qanuni mənafelərini və işdə maraq doğuran bir sıra digər məsələlər üzrə zərərçəkmiş şəxs qismində dindirilib.

İki dindirmə  cəmi 2 saaat 35 dəqiqə davam edib”- deyə məlumatda deyilir.

Daha çox göstər
Back to top button