Prokurorluq Sargsyanın əmlakını ələ keçirmə qərarına qarşı müdafiəçinin şikayətini rədd edib

Prokurorluq ER üçüncü prezidenti Serj Sargsyanın əmlakını ələ keçirmə qərarına qarşı müdafiəçi Amram Makinyanın şikayətini rədd edib. Məlumatı ER Baş Prokurorluğu yayıb.
Daha əvvəl Xüsusi İstintaq Xidməti Serj Sargsyanın əmlakına iddia edilən cinayət nəticəsində vurulan zərərin miqdarına görə həbs qoyulmuşdu.
Xüsusi İstintaq Xidmətinin ER üçüncü prezidənti Serj Sargsyanın işi üzrə ibtidai istintaqı sona çatmışdı. Cinayət işində şübhəli bilinən daha 4 nəfər, o cümlədən “Fleş” şirkətinin sahibi Barseğ Beqlaryan da vardır.
Qeyd edək ki, dekabrın 4-də ER üçüncü prezidenti Serj Sargsyana qarşı ER CM-nin 38-179-cü maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb və ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.
Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir ki, Sargsyan ER prezidenti vəzifəsini icra etdiyində 2013-cü ildə bir qrup məmurlar tərəfindən təxminən 489.160.310 dram dövlət vəsaitlərinin israf edilməsinə yol verib.