Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü barədə danışmaq hələ tezdir. Bu barədə jurnalistlərlə söhbət zamanı ER Xarici işlər naziri Zohrab Mnatsakanyan qeyd edib.
“Biz danışıqlardan heç vaxt çəkinməmişik, əksinə danışıqlar prosesinə aktiv cəlb etmişik”- deyə ER Xİ naziri bildirib.
Zohrab Mnatsaknaynın sözlərincə, heç vaxt Ermənistan danışıqlar prosesini təxirə salmağa cəhd etməyib.
“Nazirlər səviyyəsində kifayyət qədər görüşlər keçirilib, proses davam edir, biz Xİ nazirləri səviyyəsində çalışmağa davam edirik”- deyə Mnatsakanyan qeyd edib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan Xİ nazirlərinin son görüşü dekabrın 4-də Bratislavada keçirilib.
Mnatsakanyan və Məmmədyarov 2020-ci ilin əvvəlində yeni görüş keçirməyi planlaşdırıb.