Beynəlxalq

Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı mətbuat konfransında landromatdan söhbət açılmır

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı mətbuat konfransı keçirilib. Bu barədə “Amerikaninsesi.org” saytı məlumat yayıb.

Mətbuat konfransında Azərbaycanın yüksək vəzifəli məmurlarının, bəzi deputalarının adı hallanan landromat (pulyuyan maşın) işinə toxunulmayıb. Belə ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (Organized Crime and Corruption Reporting Project – OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmaları çərçivəsində dərc etdiyi araşdırma yazılarında çirkli pulların yuyulmasında Azərbaycanın bir sıra yüksək vəzifəli məmurlarının, deputatlarının adları hallanır.

Demokratik Qüvvələrin Milli Şurası, Xalq Cəbhəsi və Müsavat Partiyaları Baş Prokurorluğa beynəlxalq mediada dərc olunan landromat işi ilə bağlı araşdırma aparılması barədə müraciətlər edib.

Müsavat Partiyasının başqanı landromatla bağlı müraciətlərinin araşdırlmamasının səbəblərindən danışarkən deyib ki, Azərbaycanda hüquqi nihilizm şəraiti mövcuddur.

Öz növbəsində Azərbaycan rəsmiləri ölkədə korrupsiyaya qarşı effektli mübarizə aparıldığını bildirir. Xatırladaq ki, son dövrlər bir neçə nazirliyin yüksək vəzifəli şəxsləri bu ittihamlarla həbs edilib. Səhmlərinin 51 faizi dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyev və digər vəzifəli şəxlər də korrupsiya, mənimsəmə ittihamları ilə uzun müddətə həbsə məhkum edilib.

Daha çox göstər
Back to top button