Başlıcaİctimaiyyət

Azərbaycanlı diplomat Tbilisidə restoran musiqiçilərini erməni mahnısı oxuduqları üçün döyüb

Tbilisinin “Qəbələ” restoranında müştərilərdən biri tərəfindən sifariş edilən Arsen Şaxuntsun “Девочка стоп!” mahnısı üçün dava olub.

Rusarminfo yazır ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin katibi Vüqar Məmmədov da dava zamanı restoranda idi. O, erməni mahnısını bəyənməyərək musiqiçilərə söyüş söydü və döydü. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları onu diplomatik toxunulmazlığı olduğu üçün həbs edə bilmədi.

Qeyd olunur ki, musiqiçilər də azərbaycanlı idi və onlar Azərbaycan səfirinə baş verənləri izah edərək narazı olduqlarını bildirdilər. Səfir onlarla razı olduğunu qeyd etdi. Musiqiçilərin əsas tələbi diplomatın ölkədən qovulmasıdır.

Daha çox göstər
Back to top button
Close