Gəncədə əməliyyat: Polis yaralandı (Video)

Gəncə şəhərində silahlı şəxs polisə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub.
Daxil olmuş məlumat ilə əlaqədar Ə. Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb BPİ-yə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə, bir nəfər polis əməkdaşı yüngül xəsarət alıb.
Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib.
Report.az Gəncədə polisin yaralanması ilə nəticələnən əməliyyatın görüntüsünü yayıb.
Qeyd edək ki, digər bir insident də Bakıda olub. Oxu.az yazır ki, yanvarın 16-da, gecə saat 03:00-da Bakı şəhər Xətai rayonunda silahlı şəxs polisə atəş açıb.