BaşlıcaSiyasət

N.Paşinyan: “ Ermənistan qətiyyətlidir. Paşinyan Rusiyanın yeni Baş nazirini təbrik edib”

ER Baş naziri bildirib ki, Ermənistan hakimiyyətinin ikitərəfli və çoxtərəfli tərəfdaşlığı gələcəkdə inkişaf etdirmək, o cümlədən Avrasiya İqtisadi Birliyinə inteqrasiyanı dərinləşdirmək qətiyyətlidir.

ER Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Baş naziri vəzifəsinə təyin olunması ilə əlaqədar Mixail Misşustinə təbrik məktubunu göndərib.

Baş nazir təbrik sözündə  bildirib ki, Ermənistan Respublikası Hökuməti Rusiya Federasiyasının yeni hökuməti ilə fəal əməkdaşlığa, ikitərəfli və çoxtərəfli formatda tərəfdaşlığın daha da gücləndirilməsinə, o cümlədən Avrasiya İqtisadi Birliyinə inteqrasiyanı dərinləşdirmək məsələsində  qətiyyətli və sadiqdir.

“Əminəm ki, birgə səylərimizlə Ermənistan-Rusiya müttəfiq tərəfdaşlığının gündəliyini zənginləşdirə və xalqlarımızın çoxəsrlik dostluğuna söykənən çoxtərəfli əməkdaşlığımıza yeni təkan verə biləcəyik”- deyərək  təbrik məktubunda bildirilir.

Xatırladaq ki, yanvarın 15-də RF Baş naziri Dmitri Medvedev Vladimir Putinin Federal Məclisə istiqamətlənmiş mesajından sonra hökumətin tam şəkildə istefa verəcəyi barədə  bəyanat vermişdi.

RF  Prezidenti iş üçün Medvedev hökumətinə təşəkkür etdi və yeni kabinet formalaşana qədər Nazirlər Kabinetindən tam şəkildə vəzifələrini icra etməsini  xahiş etdi. RF  Prezidenti həmçinin Təhlükəsizlik Şurasının sədr müavini postunu i yaratmaq  və həmin vəzifəni  Dmitri Medvedyevə həvalə  etmək fikirini də bildirdi.Elə həmin gün Putin, Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini Rusiyanın RF Baş naziri vəzifəsinə namizəd olaraq təqdim etdi.Dövlət Duması Mişustinin RF yeni Baş naziri təyin olunmasına razılıq verib.Yanvarın 16-da Rusiya Federasiyasının Dövlət Duması 383 səslə lehinə və əleyhinə olmayaraq Mixail Mişustini RF Baş naziri  vəzifəsinə razılıq verdi.

Daha çox göstər
Back to top button