İctimaiyyət

Azərbaycanda həbsdə olan jurnalistə qarşı təzyiqlər davam edir

Ermənistanın İctimai Radiosu “Amerikanın səsi”-nə istinadən yazır ki, Realliq.info saytının redaktoru, həbsdə olan İkram Rəhimov 10 saylı Cəzaçəkmə Müəssisəsində hüquqlarının pozulmasından şikayət edib. Bu barədə jurnalistin ailəsindən bildiriblər.

Mənbənin məlumatına görə, 6 saylı Cəzaçəkmə Müəssisəsindən 10 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülməsinə etiraz olaraq dekabrın 28-də aclıq aksiyasına başlayan İkram Rəhimov səhhətinin kəskin pisləşməsi səbəbindən on gün sonra aclığı dayandırıb.

“İkrama təzyiqlər davam edir. Son həftə ərzində evə telefonla zəng etməyə icazə verilməyib, halbuki, qanunla həftədə iki dəfə 15 dəqiqə telefonla danışmaq hüququ var. Bundan əlavə, son həftə ərzində ziyarətçilərlə görüşdən iki dəfə imtina edilib. Bu gün həmkarları onun yanına gediblər, lakin görüşə buraxmayıblar. Biz bundan narahatıq, bəlkə İkrama təzyiq göstərirlər,” jurnalistin ailəsindən bildiriblər.

İkram Rəhimov 2018-ci il oktyabrındaAzərbaycan prezidentinin o zamankı köməkçisi Əli Həsənovun ünvanına açıq tənqidi məktubun dərcindən sonra həbs edilib.

Bir sıra beynəlxalq jurnalist təşkilatları İkram Rəhimovun barəsində hökmü pisləyib.

Daha çox göstər
Back to top button