Niderland Krallığının Xarici işlər naziri Stef Blok yanvarın 22-23-də Ermənistan Respublikasına rəsmi səfər edəcəkdir. Ermənistan XİN-dən verilən məlumata görə,Ermənistan Respublikası və Niderland Krallığının Xarici işlər nazirləri yanvarın 23-də görüşəcəklər. Sonra tərəflər birgə mətbuat konfransı keçirəcək. Səfər çərçivəsində Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Niderland Krallığının Xarici işlər naziri Stef Bloku qəbul edəcək. Nazir Blok, eyni zamanda, Erməni Soyqırımı Xatirə kompleksinə ziyarət edərək günahsız qırğınların xatirəsini hörmət əlaməti olaraq yad edəcəkdir.
Əlaqədar məqalələr
Həmçinin yoxlayın
Close