Paşinyanın öskürəyini müalicə etmiş fransalı həkim ailəsiylə Ermənistana köçür

Fransada yaşayan əsilcə erməni həkim Yerevanın “Nairi” Tibb mərkəzində onkoloji şöbə yaratmaqdadır.
“Haykakan jamanak” yazır ki, fransalı erməni həkim Gevorg Abgaryan yayda ailəsi ilə birlikdə Ermənistanda məskunlaşmağı planlaşdırır.ER Baş naziri “Hayastan” Ümumerməni Fondunun Xeyriyyəçilər Şurasının iclasında iştirak edib.Nikol Paşinyan qeyd edib ki,erməni xalqının minillik mühacirət çarxı nəhayət gərək dayansın və geriyə fırlansın.
Parisdən Yerevana köçmək qərarını onlar Məxməri inqilabdan sonra verdilər. Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın inqilabdan sonrakı dövrdə öskürəyinə mütəxəssislər uzun müddət “qalib” gələ bilməyirdilər”-deyərək mətbuat vasitəsinin məlumatında bildirilir. Abgaryan Ermənistana ilk dəfə 88-ci il zəlzələsindən sonra ixtisasıyla bağlı gəldiyini bildirib.Bununla da o, dərhal vətənə aşiq olub.Hələlik yerli həkimlərlə sıx işləyir və eyni zamanda Yerevandakı “Nairi” Tibb Mərkəzində onkoloji şöbə qurmaqdadır.Xatırladaq ki, 2018-ci il Məxməri inqilabdan sonra Nikol Paşinyan uzun müddət gecələr keçirdiyi üçün və soyuqladığı üçün xeyli vaxt idi ki, öskürürdü. Mətbuatda dolanan məlumatlara görə onu fransalı erməni həkim Gevork Abqaryan müalicə edib.
.