Başlıcaİctimaiyyət

Paşinyanın öskürəyini müalicə etmiş fransalı həkim ailəsiylə Ermənistana köçür

 Fransada yaşayan əsilcə erməni həkim Yerevanın “Nairi” Tibb mərkəzində  onkoloji şöbə  yaratmaqdadır.

“Haykakan jamanak” yazır ki, fransalı erməni həkim Gevorg Abgaryan yayda ailəsi ilə birlikdə Ermənistanda məskunlaşmağı planlaşdırır.ER  Baş naziri “Hayastan” Ümumerməni Fondunun  Xeyriyyəçilər  Şurasının  iclasında iştirak edib.Nikol Paşinyan qeyd edib ki,erməni xalqının minillik mühacirət çarxı nəhayət gərək dayansın və geriyə  fırlansın.

Parisdən  Yerevana  köçmək qərarını onlar Məxməri inqilabdan sonra  verdilər. Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın inqilabdan sonrakı dövrdə öskürəyinə   mütəxəssislər uzun müddət “qalib” gələ bilməyirdilər”-deyərək mətbuat vasitəsinin məlumatında bildirilir. Abgaryan Ermənistana ilk dəfə 88-ci il  zəlzələsindən sonra  ixtisasıyla bağlı  gəldiyini  bildirib.Bununla da  o, dərhal vətənə aşiq olub.Hələlik yerli həkimlərlə sıx işləyir və eyni zamanda Yerevandakı “Nairi” Tibb Mərkəzində onkoloji şöbə qurmaqdadır.Xatırladaq ki, 2018-ci il Məxməri inqilabdan sonra Nikol Paşinyan uzun müddət gecələr keçirdiyi üçün  və  soyuqladığı üçün   xeyli vaxt idi ki, öskürürdü. Mətbuatda  dolanan  məlumatlara görə onu fransalı  erməni həkim Gevork Abqaryan müalicə edib.

.

Daha çox göstər
Back to top button