BaşlıcaBeynəlxalq

Strasburqun meri erməni ola bilər

Fransalı ekoloq, erməni mənşəli siyasətçi Janna Barseğyan Strasburq meri vəzifəsinə namizədliyini irəli sürüb. Bu barədə РУСАРМИНФО məlumat yayıb.

2019-cu il oktyabrın 5-də vətəndaş məclisi Barseğyanı 2020-ci ilin martında keçiriləcək bələdiyyə seçkilərində “Strasburqlu Ekoloq və Vətəndaş” blokunun siyahısının rəhbəri seçdi.

Janna Barseğyan Parisdə anadan olub, lakin 2002-ci ildən bəri Strasburqda yaşayır.

Orada Franko-Alman hüququnu oxudu və ekoloji hüquqşünas oldu. Barseğyan eko-fəal olaraq bir çox ekoloji layihələrə qatılıb. Onlardan biri də “Yaşayan Reyn” layihəsidir.

Janna Barseğyan, həmçinin ekoturizm, ətraf mühitin qorunması və tullantıların utilizasiyası sahəsində layihələr həyata keçirərək, Ermənistanla da əməkdaşlıq edir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button