2020-ci ilin “ən güclü” pasportları siyahısında Ermənistan hansı yeri tutur?

“Henley Passport 2020” indeksinə görə, dünyanın ən güclü pasportlarının yeni siyahısı açıqlanıb. Ermənistan pasportu Monqolustan və Beninin pasportları ilə birlikdə 81-ci yeri tutur.
Ermənistan vətəndaşları 62 ölkəyə vizasız gedə bilirlər.
Henley Passport Index-ə görə, yeni siyahıya yenə də Asiya ölkələri başda gedir. Yaponiya 191 ölkəyə vizasız girişlə 3-cü ildir ki, dalbadal siyahıya liderlik edir. Bundan sonra 190 balla Sinqapur 2-ci, 189 balla Almaniya 3-cü, 188 balla İtaliya və Finlandiya 4-cü, 187 balla isə Danimarka, Lüksünburq və Fransa 5-ci yerləri bölüşürlər.
Rusiya siyahıda 51-ci yerdədir. Rusiyalılar 2020-ci ildə vizasız 118 ölkəyə gedə bilir. Siyahıya sondan yenə də Əfqanıstan başçılıq edir. Bu ölkənin vətəndaşları cəmi 26 ölkəyə vizasız gedə bilirlər.
Hesabat, Beynəlxalq Hava Nəqliyyatı Asosasiyasının xüsusi məlumatlarına əsaslanır.