
Azərbaycan Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaxın günlərdə bülletenlərin çapına başlayacaq. Bu haqda Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov bildirib.O, qeyd edib ki, qeydə alınmış namizədlərdən bəziləri öz namizədliklərini geri götürdülər. “ Bütün bunlara baxmayaraq parlamentdə bir yer üçün 12-13 namizəd var. 19 siyasi partiyanın siyahıları əsasında 260-dan çox namizəd millət vəkili olmaq istəyir. Ümumən 28 partiyanın nümayəndələri öz namizədliyini irəli sürüb”.