ER Prezidenti: “Mənim kiçik xristian ölkəm və BƏƏ bütün dünyada tolerantlığı yaya bilər”
Ən qədim xristian dövləti olan Ermənistan kimi kiçik ölkələr və gənc müsəlman ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı şəkildə münasibətlərin dərinləşməsi tolerantlıq ideyasını dünyada təbliğ edə bilər. Bu haqda ER Prezidenti Armen Sarkisyan Əmirliklərin mətbuat agentliyinə verdiyi müsahibəsində qeyd edib.
“Hansısa tərzlə biz gərək kiçik millətlər arasında daha dərin dialoq və qarşılıqlı bağlılıq tapaq. Bizim güclü dəyərlərimiz var və bütün dünyaya harmoniya və dostluq şəraitində yaşaya biləcəyimizi göstərə bilərik”-deyə Prezident qeyd edib.Armen Sarkisyan BƏƏ-i tərəfindən aparılan tolerantlıq kampaniyasını olduqca yüksək qiymətləndirib.“Mən dözümlü olmağımızın, bir-birimizin mədəniyyətinə, davranışına, dinə və dəyərlərinə hörmət etməməyimiz üçün heç bir səbəb görmürəm. Yalnız həyatda yaşamaqla deyil, biz birlikdə bir şey də edə bilərik”- deyərək Sarkisyan qeyd edib.Armen Sarkisyan Ermənistanın dünyanın ən qədim xristian dövləti olduğunu vurğulayıb.“Bizim dörd qonşumuz var. Onlardan üçünün əhalisinin əksəriyyəti müsəlman dəyərləri ilə yaşayır. Digər qonşumuz Gürcüstan əhalisinin əksəriyyəti xristian dəyərləri ilə yaşayır”- deyərək o qeyd edib.Armen Sarkisyan BƏƏ rəhbərliyinə erməni icması və kilsəsini öz himayəsinə götürdükləri üçün təşəkkür edib.