BaşlıcaSiyasət

ER Xİ naziri: “Ermənistan və Azərbaycan liderləri görüşünün dəqiq vaxtı hələlik bəlli deyil”

Dövlət başçılarının görüşləriolduqca mühüm əhəmiyyət kəsb edir, lakin Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün dəqiq vaxtı bəlli deyil. Bu mərhələdə işlər Xarici işlər nazirləri səviyyəsində cəmləşir. Bu haqda  yanvarın 21-də jurnalistlərlə söhbətində Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan bildirib.

“Danışıqlar prosesi mühüm əhəmiyyətlidir. Biz Azərbaycan tərəfi ilə fəal işləməyə davam edəcəyik. Bu yaxınlarda izlənilən proseslərin qiymətləndirilməsi işlərini aparacağıq və vəziyyətimizi nəzərə alaraq gələcəkdə iş planı hazırlayacağıq”-deyərək o, qeyd edib. Ermənistanda İran və ABŞ nümayəndələri arasında görüşün keçirilməsinin mümkün olub-olmadığını sorğusuna, nazir bütün bunlarda hər bir ölkənin rolunu qiymətləndirəcəyini və yaxud qiymətləndirməyəcəyini qeyd etmək  istəmədiyini  dedi.

“Bizim üçün regional təhlükəsizlik məsələləri birbaşa əlaqəli problemlər olaraq qalmaqdadır. Bu məsələ ilə bağlı qiymətləndirməmiz artıq səsləndirilib. Vəziyyətin qiymətləndirilməsi və təhlükəsizlik problemləri ilə əlaqəli hadisələrin inkişafı, sabitliyin bərqərar olması və gərginliyin artmasının qarşısını almaq üçün şalışırıq”-deyərək  Mnatsakanyan təhlil edib.

Qeyd edək ki, Ermənistan və Azərbaycanın Xarici işlər nazirlərinin görüşü 2020-ci il yanvarın sonunda keçirilməsi  nəzərdə tutulub.

Daha çox göstər
Back to top button