İctimaiyyət

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlının yaxınları polis təzyiqi ilə üzləşdiklərini deyirlər

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlı Elşən Hüseynovun yaxınları polis təzyiqi ilə üzləşdiklərini deyirlər. Xaçmaz rayon sakini Nailə Hüseynova Meydan TV-yə bildirib ki, bir həftə əvvəl evlərinə yerli polislər gəlib, elə həmin vaxt da Elşənin bacısı Gülşən Mahmudovanın yaşadığı mənzil də polis mühasirəsində olub.

Nailə Hüseynova deyir ki, polisin təzyiqi nəticəsində Elşən Hüseynovun atası Nəcəf Hüseynov infakt keçirib, hazırda yataq rejimindədir:

Nailə Hüseynova oğlu Elşən Hüseynovun 4 il əvvəl turist kimi Avropaya getdiyini, ancaq müəyyən səbəblərdən qayıda bilmədiyini söylədi:

“Onun orda nə işlə məşğul olduğundan xəbərsizik, ona görə bizi niyə incidirlər bilmirik. Hazırda çıxılmaz vəziyyətdəyik. İlk dəfə deyil ki, polis təzyiqi ilə üzləşirik, adi hala çevilib. Buna görə ərim infakt keçirib. Bizə deyirlər ki, oğlun orda susmasa, hökumət işində yaxın qohumlarınız varsa, çıxarılacaq, ancaq bizim hökumət işində kimimiz var ki? Hamısı qara fəhlədir”.

4 il öncə Almaniyaya gedən Elşən Hüseynovun DAS üzvü olduğu, orada Azərbaycan hökuməti əleyhinə təşkil olunan aksiyalarda iştirak etdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Meydan TV-yə deyilənlərin yalan olduğunu bildirib.

Daha çox göstər
Back to top button
Close