Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Anna Naqdalyan Bakıda keçirilən anti-erməni poqomlarının 30 illiyi ilə əlaqədar Ermənistanda keçirilən tədbirlərə Azərbaycan hakimiyyətinin əsəbi reaksiyasından danışdı.
ER Xarici işlər nazirliyinin sözçüsünün sual-cavabını təqdim edirik.Bu il Bakının anti-erməni qırğınlarının 30 –cu ildönümü qeyd olunub. Azərbaycan hakimiyyətləri xüsusən Xİ nazirliyi və president köməkçisi tərəfindən tədbirlər əsəbiliklə qarşılandı. Bunu necə qiymətləndirərdiniz?
Əvvəlan vurğulamaq istərdim ki, Bakıda anti-erməni qırğınlarının 30 illiyi münasibətilə Yerevanda bir sıra vacib anım tədbirləri keçirilmiş və həmin dəhşəti təşkil edənlər və onu doğruldanlar barədə çoxsaylı dərclər edilmiş və beynəlxalq mediada hələ də yayımlanmaqdadır. Üstəlik, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən köməksiz insanlara qarşı hesablaşan azğınlar qəhramanlaşdırıldı və “şəhidlər” olaraq dəyərləndirildi. Azərbaycanın XİN isə Sumqayıtda soyqırımını törətməkdə günahlandırdı.
Azərbaycan tərəfi bütün təxribatçılara xas olan səciyyəvi bir tərzlə davranır, qurbanları cinayətdə günahlandırır və silahsız insanların dinc şəraitdə ictimai və sistemli şəkildə məhv edilməsinə görə məsuliyyətini inkar edir.Bu bir daha vurğulayır ki, heç bir halda erməni xalqının hər hansı bir hissəsinin təhlükəsizliyi üçün məsuliyyət Azərbaycan hakimiyyətinə etibar ola bilməz. Aydın məsələdir ki, Artsax heç bir halda, heç bir tərzlə Azərbaycanın bir hissəsi ola bilməz və Artsax xalqı müdafiə olmadan və lazımi təhlükəsizlik xətləri olmadan qala bilməz.