BaşlıcaSiyasət

AŞPA nümayəndələri jurnalistlərlə Azərbaycanda KİV və seçkilər mövzusunu nüzakirə ediblər

Yanvarın 22-də Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda parlament seçkilərini monitorinq missiyasının üzvləri və bir sıra media və jurnalist təşkilatları nümayəndələrinin görüşündə Kütləvi İnformasiya Vasitələri (KİV) və parlament seçkiləri mövzusu müzakirə edilib.

Monitorinq missiyasının üzvlərini KİV azadlığı, onun seçkilərin işıqlandırılmasına cəlb edilməsi və namizədlərin seçkiqabağı təşviqatında iştirakı ilə bağlı məsələlər maraqlandırıb.

AŞPA üzvlərinə KİV-də, xüsusən də İctimai TV-də bəzi müsbət tendensiyalar barədə məlumat verilib. Bu, KİV kuratoru, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin vəzifədən kənarlaşdırılmasından sonraya təsadüf edib.

Eyni zamanda KİV-in fəaliyyəti üçün ciddi problemlər qalmaqdadır, xüsusən də medianın dövlətdən iqtisadi və siyasi asılılığı qalır.

Qeyd olunub ki, əsas informasiya mənbələrinin – televiziya kanallarının seçkiqabağı təşviqatda iştirakdan imtina etməsi “Televiziya və radio yayımı haqqında” qanunun və vətəndaşların seçkilər kimi vacib bir hadisə ilə bağlı məlumat əldə etmək hüququnu ciddi şəkildə pozur.

“Televiziya kanalları ictimai maraqların təmin edilməsini, plüralizm, balans və obyektivlik prinsiplərinə riayət olunmasını tələb edən “Televiziya və radio yayımı haqqında” qanunu kobud şəkildə pozur. Televiziya və Radio Şurasının bu kobud qanun pozuntusuna reaksiyasının olmaması onu göstərir ki, bu siyasətin arxasında dövlət dayanır”, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib və bunu seçkilərin işıqlandırılmasında KİV-in real roluna nümunə kimi göstərib.

Daha çox göstər
Back to top button