Başlıcaİctimaiyyət

“Criminal.az” saytı kiberhücuma məruz qalıb

“Criminal.az” saytı kiberhücuma məruz qalıb, nəticədə 400-dən çox məqalə və yazı silinib. Bu barədə Turan agentliyinə saytın rəhbəri Anar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, müdaxilə yanvarın 20-də saat 14.27-30 aralığında baş verib.

“Bu, sadəcə kobud  haker hücumu deyildi. Şifrəni sındırdıqdan sonra admin-panelə giriblər və 400-dən çox yazını məqsədyönlü şəkildə siliblər”, – A.Məmmədov bildirib.

20 yanvar iş günü olmadığından o,  müdaxiləni ertəsi gün görüb.

“Nə baş verdiyini anlayınca bunun xarici müdaxilə olduğunu bildik, qeydlər də məqsədyönlü şəkildə silinib” deyən A.Məmmədov qeyd edib ki, mütəxəssislər nəşrləri bərpa etməyə çalışırlar. O, hadisəni tənqidi materialların dərcinə görə özünə təzyiq kimi qiymətləndirir.

A.Məmmədov Baş Prokurorluq, DİN, DTX, Xüsusi Dövlət Mühafizə Xidmətinə və Rabitə Nazirliyinə müraciət edərək baş verənlərin araşdırılmasını və günahkarların cəzalandırılmasını xahiş edib.

Daha çox göstər
Back to top button
Close