
Britaniyanın The Economist Group-un araşdırıcı və məsləhətçi budağını təşkil edən Economist Intelligence Unit tərəfindən son “Demokratiya İndeksində -2019” hesabatını elan edib ki, orada 165 ölkə sırasında Ermənistan da tədbiq olunub.
Həmin hesabat dünyanın müxtəlif dövlətlərində demokratiyanın vəziyyəti təsvir olunur. Sənədləri tərtib edərkən 5 faktorların seçki prosessləri və plyüralizm, vətəndaş azadlığı , siyasi həyatda iştirakı, mədəniyyəti hesaba alınıb.
Bundan əlavə, mütəxəssislər dörd növ rejimi müəyyənləşdiriblər: tam demokratiya, qüsurlu demokratiya, hibrid rejim və avtoritar rejim.Ölkəmiz hibrid ölkələr siyahısına daxil edildi və 2018-ci illə müqayisədə 103 pillədən 86-cı pilləyə yüksəldi.
Qonşumuz Gürcüstan siyahıda Hondurasla 89-cu yeri bölüşür, Türkiyə isə 110-cu yeri tutur. Ermənistansa Gürcüstanla birlikdə hibrid dövlətlər siyahısına daxildir.
Azərbaycan siyahıda 146-cı yerdədir və avtoritar dövlətlər siyahısına daxil edilmişdir.Rusiya və İran da avtoritar dövlətlər siyahısına daxil edilmişdir. Rusiya Konqo Respublikası ilə 134-cü, İran isə 151-ci yerdədir.Birinci yerdə Norveç, ardınca İslandiya, İsveç, Yeni Zelandiya, Finlandiya gəlir. Çad, Suriya, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası və Şimali Koreya siyahının altındadır