
Ermənistan Respubliksının Xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun yaxın vaxtlarda görüşü barədə şərtləşmə var.Bu haqda yanvarın 22-də parlamentdə keçirilən sual-cavab ərzində “Barkavac Hayastan” fraksiyasının katibi Arman Abovyanın sualını Zohrab Mnatsakanyan cavablandıraraq qeyd edib.“Biz görüşə hazırıq.Bəzi razılaşmalarımız var, həmsədrlərlə, digər tərəflə bu il necə işləyəcəyimizi təsəvvür etməyə çalışırıq. Görüşə gəldikdə, hər zaman olduğu kimi elan etdiyimiz formada razılaşmışıq o prinsipə əməl edirik . Tezliklə görüşə biləcəyimiz bir razılaşma var. Biz tərəfdən o mövqe səsləndirilib ki, hər şeydən asılı olmayaraq istənilən anda danışığa hazırıq”-deyə Mnatsakanyan qeyd edib.Nazir Artsax Respublikasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqlarda iştirakına böyük əhəmiyyət verdiyini qeyd edib. Həddindən artıq o subyektin bir başa danışıqlarda iştirakı vacibdir, hansının ki, seçilmiş hakimiyyəti var, subyektdir və siyasi birlik”-deyə Mnatsakanyan qeyd edib.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli danışıqlarında Artsaxın iştirakı məsələsi, dəfələrlə izah etdiyimiz kimi tərar edirəm gündəmdə qalmaqdadır. ER Xarici işlər naziri Zohrab Mnatsakanyan ilə Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov arasında son görüş 2019-cu il dekabrın 4-də Bratislavada 26-cı ATƏT Nazirlər Konfransı çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı və vasitəçiliyi ilə keçirilib.