
Makron Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının illik şam yeməyində iştirak edəcəkdir. Şam yeməyi Parisdəki l’Hôtel du Collectionneur-dadır. Fransa dövlət başçısının şam yeməyində çıxışı gözlənilir.Məlumdur ki, hər ənənəyə dönmüş şam yeməyində Fransa Prezidenti, Paris meri Ann İdalqo, hökumət üzvləri, parlament üzvləri, Fransa dövlətinin və yerli hakimiyyət orqanlarının yüksək səviyyəli nümayəndələri, fransız-erməni təşkilatlarının rəhbərləri və din xadimləri iştirak edirlər.Fransa Prezidenti Emanuel Makron, 2019-cu ildə həmçinin hər illik Erməni İcma şamında iştirak edib.Elə həmin gün o,aprelin 24-nü Milli Soyqırımını Anma Günü olaraq elan etdi. 24 aprel tarixini Erməni Soyqırımı Qurbanlarının Anım Günü elan etmək üçün Makron hələ seçki kampaniyası zamanı söz vermişdi.Fransa 2001-ci ildə Erməni Soyqırımını qanun qüvvəsiylə tanıyıb və 2016-cı ildə Erməni Soyqırımını inkarını kriminallaşdırıb.