
Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları zəruri hesab edir və ondan çəkinmək niyyəti yoxdur. Bu haqda ER Xarici işlər naziri Zohrab Mnatsakanyan yanvarın 22-də Ermənistan Respublikası parlamentində keçirilmiş sual-cavab ərzində “Mənim addımım” fraksiyasının millət vəkili Sos Avetisyanın Azərbaycanda gözlənilən siyasi dəyişiklikləriə dair suala cavab olaraq bildirib.
“Azərbaycan tərəfində kim olmasından asılı olmayaraq biz Azərbaycanla öz mövqelərimiz çərçivəsində danışıqlar aparırıq. Bu mənada, əlbəttə ki, seçki nəzərə aldığımız bir haldır, amma eyni zamanda danışıqların zəruri bir proses olduğunu və danışıqlardan yayınmaq məqsədimiz olmadığını vurğulayırıq”-deyərək Mnatsakanyan qeyd edib.
2019-cu ildə Bakıda noyabrın 28-də hakim Yeni Azərbaycan partiyası siyasi şurasının növbədən kənar iclası keçirildi və həmin zaman parlamentin ləğvi barədə qərar qəbul edildi. Azərbaycan Parlamenti 5 il müddətinə seçilir. Son parlament seçkiləri 2015-ci il noyabrın 1-də keçirildi. Növbəti seçki 2020-ci il noyabr ayında keçirilməliydi.