Başlıcaİctimaiyyət

Azərbaycanlı əsgər itkin düşüb

Azərbaycanın Qazax rayonunda yerləşən N saylı hərbi hissənin 19 yaşlı əsgərin itkin düşməsi haqqında məlumatlar var. Bildirilir ki, o, yanvarın 16-dan yoxa çıxıb. Faktı Meydan TV-yə əsgərin atası təsdiqləyib.

Komandanlıq yaxınlarına A.A-nın Tovuz istiqamətində itkin düşdüyünü deyib.

Əsgərin atası oğlunun itkin düşdüyü 7 gün ərzində heç bir yenilik əldə olunmadığını deyib.

Ailəyə yaxın şəxslərin Meydan TV-yə söylədiyinə görəsə, əsgərin ailəsinə mətbuata məlumat vermək qadağan edilib, bu səbəbdən də adlarının açıqlanmasını istəmirlər.

Ancaq sösyal şəbəkələrdən əldə edilmiş məlumatlara görə, itkin düşmüş əsgər Ağcabədi rayonu sakini Abbasov Akif Elşən oğludur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Meydan TV-nin sorğusuna “yanlış məlumatdır, sizə məlumat verə bilmərik” cavabını veriblər.

Daha çox göstər
Back to top button