BaşlıcaSiyasət

N.Paşinyan Hollandiyaya səfər edən ilk Ermənistan rəhbəri olacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci ildə Hollandiyaya səfər edəcək. Bu haqda Xarici işlər naziri Zohrab Mnatsakanyan cümə axşamı hollandiyalı həmkarı Stef Blok ilə birgə mətbuat konfransında bəyan edib.“Diplomatik əlaqələr qurulduğu andan, ölkə rəhbərinin Hollandiyaya bu  ilk səfəri olacaq” – deyərək o qeyd edib.Hollandiyalı həmkarının Ermənistandakı səfirliyinin açılışı ərəfəsində gəldiyini deyən Mnatsakanyan, iki ölkə arasında münasibətlərin və əməkdaşlığın yeni bir mərhələyə qədəm  basdığını vurğuladı.“Bu, qanunverici orqanın səfirlik açmaq təklifi ilə hökumətə müraciət etmək qərarına gəlməsi üçün görünməmiş bir hadisədir. Bu ikitərəfli münasibətlərdə yeni bir səhifə açacaq”-deyərək o, bildirib.Blok, öz növbəsində, Ermənistan və Avropa Birliyi arasında hərtərəfli və inkişaf etmiş tərəfdaşlıq sazişi çərçivəsində iki ölkə arasında əməkdaşlığın vacibliyini vurğuladı.Amsterdamın AB ilə viza rejiminin liberallaşdırılması ilə bağlı mövqeyinə dair suala cavab olaraq, qeyd edib  ki, indiki mərhələdə bunu Hollandiya hökuməti yox, Avropa Komissiyası qiymətləndirməlidir.

Daha çox göstər
Back to top button