Başlıcaİctimaiyyət

Pakistan Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistanın bir hissəsi kimi tanıyır?

Ermənistan Baş naziri administrasiyasının əməkdaşı Rafael Afrikyan Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə Pakistan Baş naziri İmran Xanın sözlərinə reaksiya verib.

Afrikyan öz Facebook səhifəsində Pakistanda çekilmiş futbol topunun fotosunu paylaşıb. Topda Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayəti bir dövlət kimi və “Ermənistan” adı altında təqdim olunur.

“Pakistan Dağlıq Artsaxı Azərbaycanın bir hissəsi olaraq tanıyır amma bu yalnız diplomatik səviyyəsindədir. Praktikada isə, Pakistan üçün Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanın bir hissəsidir”,-Afrikyan yazıb.

Xatırladaq ki, İmran Xan Davos İqtisadi Forumu (WEF) çərçivəsində İlham Əliyevlə görüşüb və qeyd edib ki, Pakistan “Ermənistan-Azərbaycan münaqişəsində” Bakının mövqeyini dəstəkləyir və heç zaman Ermənistanla diplomatik münasibətlər qurmayacaqdır.

Daha çox göstər
Back to top button