Rusiya, ABŞ, Kanada, Avstraliyadan gəlirlər – Repatriasiyanı təşviq etmək üçün nə edilir?

Diaspora məsələləri üzrə baş komissar Zareh Sinanyan Lragir.am-ə müsahibə verib. Müsahibəni oxucularımıza Azərbaycan dilində təqdim edirik.
Cənab Sinanyan, inqilabdan sonra repatriasiya (vətənə dönüş) ən vacib layihələrdən biridir. Bu istiqamətdə aprılan işlər hansı mərhələdədir?
Biz bu mərhələdə repatriasiyanın müxtəif növləri ilə məşğul oluruq və olacağıq. İnqilabdan sonra elə insanlar var ki, dəyişikliklərdən həvəslənib vətənə gəlirlər və həyatlarını Ermənistanda davam etmək istəyirlər. Onar üçün xüsusi proqramlar hazırlamırıq. Əlbəttə, bu insanların sayı məhduddur və kütləvi xarakter daşımır, lakin hər halda belə bir proses var. İnsanlar gəlir və bu axın davam etməkdədir.
Əsasən hansı ölkələrdən gəlirlər?
Rusiya, ABŞ, Kanada, Avstraliyadan gəlirlər. Gələnlər arasında həm diaspora nümayəndələri, həm də bir müddət Ermənistanda yaşamış insanlar var. Ancaq Baş nazirin danışdığı və bizim arzu etdiyimiz repatriasiyanın o axını hələ ki yoxdur və dövlət də hələ hazır deyil. Yəni, bizim o qədər iş yerlərimiz yoxdur, iqtisadiyyat o qədərəcən inkişaf etməmişdir, repatiasiya üçün lazım olan sosyal proqramlar paketimiz yoxdur. Bizim məqsədimiz 2050-ci ilədək 5 mln əhalimizin olmasıdır. Əlbəttə ki, bu artım yalnız təbii artım hesabına deyil, həmçinin repatiasiya hesabına olacaqdır.
Bnun üçün hansı addımlar atılmalıdır?
Bizə bir sıra addımlar lazımdır və bunun üçün işləyirik. Əvvəlcə qanunvericilik sahəsini tənzimləməliyik. Məsələn, dönuşla bağlı qanun olmalıdır. Bunun üzərinə işlərə başlamışıq. Digər qanunlarda da dəyişiklər olmalıdır. Fəaliyyətdə olan məhdudlaşmalar aradan qaldırılmaslıdır.
Repatriasiya üçün hədəf sayıları varmı?
Gələcək 2.5-3 ildə planları hazırlasaq və işlərimizi həyata keçirsək, bütün maneələri aradan qaldırıb ekosistemi yaradsaq, ildə təqribən 50 min insan olmalıdır.
Bu gün vətənə dönən insanların nə problemləri olur?
Birinci problem iş yeri deyil, uşaqların təhsil məsələsidir. İnsanlar bilmək istəyirlər ki, Ermənistana gəlsələr, övladları yaxşı təhsil alacaqlarmı? Onlar integrasiya prosesinə önəm verirlər. İkinci məsələ isə, iş yerləridir. İqtisadiyyatımız müvafiq olaraq inkişaf etməlidir ki, bu məsələ həll olunsun. Eyni zamanda, repatriasiya və iqtisadi inkişaf bir-biri ilə əlaqəlidir, çünki insanlar gəlib burada iş yerləri yaradırlar və bu insanların dünuşu ilə daxii bazar artır. Beləliklə də, biz bu prosesdən faydalanırıq. Üçüncü məsələ səhiyyə məsələsi, dördüncü isə, məhkəmə sisteminindəki islahatlarıdır.
Keçən ildən Ermənistanda daşınmaz əmlak qiymətləri artmağa başladı və elə məlumatlar var ki, xaricdən dönən soydaşlarımız gəlib burada daşınmaz əmlak alırlar. Belə bir tendensiya varmı?
Bəi, çox alırar və qiymətlər artır. Yerevan mərkəzində daşınmaz əmlak qiymətləri çox yüksəldi və bu yalnız mərkəzdə deyil. Gümrüdə evlərin qiyməti qalxdı. Bu göstərir ki, insanlar Gümrü ilə də maraqlanırlar. 7 milyonluq diasporamız var və onların kiçin bir hissəsi belə Ermənistanda daşınmaz əmlak almaq istəsə, bu qiymətlərin artımına gətirib çıxardır. Bu gün belə bir tendensiya var. Bu tendensiya bəzi qonşu ölkələrdə də var. İran və Livandakı böhran səbəbilə insanların bir hissəsi öz gələcəyini Ermənisanda görür və aktiv şəkildə Ermənistanda ev alırlar.