BaşlıcaSiyasət

Bu gün Ermənistan Ordusunun günüdür

Bu gün, yanvarın 28-də Erməni Ordusunun 28-ci il dönümüdür.

1992-ci il yanvarın 28-də “Ermənistan Respublikası Müdafiəsi barədə” tarixi qərar qəbul edildi və beləcə hüquqi olaraq Erməni Ordusu yaradıldı.

Ordumuz qısa müddət ərzində ağır sınaqlardan keçərək müstəqilliyimizin və təhlükəsizliyimizin əsas təminatçısı oldu.

Erməni Ordusunun yaradılma və inkişaf yolu 3 əsas mərhələyə bölünür.

Birincisi: 1988-ci il fevralından 1992-ci il mayında Qarabağ hərəkətinin fəallaşması və ermənilərlə Azərbaycan münasibətlərinin son dərəcə gərginləşməsi şəraitində Ermənistan və Dağlıq Qarabağ əhalisinin hərbi təhlükəsizliyinin təmin olunması çox vacib məsələyə çəvirildi.

İkincisi: 1992-ci il iyun-1994-cü il may aylarında artıq müstəqil Ermənistan Respublikası, Dağlıq Qarabağ Respublikası ilə birlikdə Azərbaycan Respublikası ilə əlan edilməmiş, lakin faktiki bir müharibədə olduğu bir zamanda Milli Ordunun yaradılmasına nai oldu.

Üçüncüsü: 1994-cü il iyunundan indiyədək davam olunan mərhələ ordu qurucuuğu, stabil inkişaf, döyüş hazırlığının artırması, intizamın gücləndirilməsi, orta və yüksək zabit heyətlərinin hazırlanması və ordu-cəmiyyət münasibətlərində mövcud boşluğun aradan qaldırılması mərhələsi adlandırılır. Atəşkəsdən sonra ölkə hakimiyyətləri və ordu rəhbərliyi sülh şəraitində öz səylərini hərbi-müdafiə sistemi olan ordunun tam formallaşdırmasına və bütün zəruri bölmələrin yaradılıb fəaliyyət göstərməsinə yönəldiblər.

Keçən il Erməni Ordusu üçün bir sıra əhəmiyyətli nailiyyətərlə başa çatıb. Yeni silahların təchizindən başqa, orduda layiqli qida təchizinin yeni sistemi qoyuldu.

Ermənistan Müdafiə naziri Davit Tonoyanın sözlərinə görə, Ordumuz hər gün daha güclü, rəqib üçün isə, daha gözlənilməz olur. Silahların növü çoxalır, daha modern və ölümcül olur. Hərbçilərimiz parlaq təhsil alır və həmişə dövlət himayəsindədirlər. Onlar yaxşı başa düşürlər ki, ölkəmizdə ən vacib missiyanı yerinə yetirirlər. Erməni Ordusu haqq yolundadır.

Daha çox göstər
Back to top button