BaşlıcaSiyasət

Sürprizlər 2020-ci ildə də davam edəcək. Gabriel Balayan ER SQ silahlanması barədə

ER müdafiə nazirinin müavini Gabriel Balayan Erməni Ordusunun yaradılmasının 28-ci ildönümü münasibətilə bütün hərbi qulluqçuları və can verən hərbi qulluqçularının yaxınlarını təbrik etdi. Bu barədə Gabriel Balayan jurnalistlərə müsahibəsində bildirib.

“Ordunun gücləndirilməsi, vətən müstəqiliyi, inkişafı və sərhədlərin toxunmazlığı uğrunda can verən hərbi qulluqçularımızın yaxınlarını təbrik etmək istəyirəm”,- deyə G. Balayan bildirib. O, əlavə etdi ki, Müdafiə Nazirliyi həlak olan hərbi qulluqçularının ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirib.

Müdafiə nazir müavinin sözlərinə görə, 2019-cu ildə Yereavnda hərbi qulluqçularının ailələrinin mənzil ehtiyaclarının təxminən 95 faizi təmin olunub, bu proqram hazırda əyalətlərdə də həyata keçirilir.

“Vətən müdafiəsi üçün hər gün, hər saat və hər saniyə canlarını təhlükəyə atan hərbçilərin fəaliyyətinə böyük əhəmiyyət veririk. Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə hərbi qulluqçularımzla bağlı bütün qanuni qaydaların düzgün və aydın olması üçün hər şeyi edir”,- deyə Balayan vurğulayıb.

Silahlanmaya toxunan nazir müavini qeyd etdi ki, 2019-cu il Ermənistan üçün görünməmiş olub. O bildirib ki, 2020-ci ildə də sürprizlər davam edəcək, lakin Erənistanın hansı silah alacağını hələ açıqlaya bilmirlər.

“Keçən il və bu ilin büdcə planlaşdırması ilə bu ehtiyacları üçün kifayət qədər pul ayrılıb. Biz yalnız silahlanmaya deyil, əməkhaqqının artırılmasına da diqqət yetiririq. Ümid edirəm ki, 2020-ci ildə də bütün bu müsbət tendensiyaların inkişafını təmin edə bilərik”,- deyə Balayan qeyd etdi.

Daha çox göstər
Back to top button